Xəzər Xəbər

Gürcüstanın din xadimləri Ağdam və Füzuliyə səfər edib FOTO

Gündəm | 11:25 • 22 May 2022
Gürcüstanın din xadimləri Ağdam və Füzuliyə səfər edib

Gürcüstanın din xadimlərindən ibarət nümayəndə heyətinin Azərbaycan Respublikasına səfəri olub.

Xezerxeber.az bildirir ki, Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstan Nümayəndəliyinin dəstəyi ilə Gürcüstanın din xadimlərindən ibarət nümayəndə heyətinin Azərbaycan Respublikasına davam etdirilən səfəri çərçivəsində 21 may tarixində qonaqlar Ağdamdan sonra Füzuli rayonunun ərazisinə gəliblər. Burada qonaqlar əvvəl Mərdinli kəndindəki məscidi ziyarət ediblər.

Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşı Araz İmanov işğal zamanı qeyd olunan məsciddə ermənilər tərəfindən donuzların saxlanıldığını bildirmiş və İslam dininə məxsus olan ainlərin təhqir edildiyinə dair faktları qonaqlara təqdim edib.

Sonra Gürcüstan din xadimləri Füzuli Beynəlxalq Hava Limanına baş çəkmiş və orada qısa müddət ərzində qurulan müasir nəqliyyat qovşağı ilə tanış olublar. Qonaqlara həmçinin azad olunmuş ərazilərdə inşa edilən Zəngilan və Laçın hava limanları barədə məlumat verilib.

Xəbər lenti