Xəzər Xəbər

Ceyhun Bayramov Turin Politexnik Universitetinin rektoru ilə görüşüb

Gündəm | 21:19 • 20 May 2022
Ceyhun Bayramov Turin Politexnik Universitetinin rektoru ilə görüşüb

Mayın 20-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Turin Politexnik Universitetinin rektoru Quido Sarakko arasında görüş keçirilib.

XİN-dən xezerxeber.az-a verilən məlumata görə, görüşdə Azərbaycan-İtaliya strateji tərəfdaşlığının gücləndirilməsində humanitar sahənin əhəmiyyəti, bu xüsusda İtaliya-Azərbaycan Universitetinin oynayacağı önəmli rol və bu ali təhsil ocağında mühəndislik ixtisası üzrə proqramların qurulmasında Turin Politexnik Universiteti ilə əməkdaşlıq mövzuları üzrə fikir mübadiləsi aparılıb. Görüşdə İtaliya Senatının Turin şəhərindən olan üzvü, Senat daimi komissiyasının sədri, İtaliya Parlamentində Azərbaycan-İtaliya parlamentlərarası dostluq Assosiasiyasının sədr-müavini senator Mauro Marino da iştirak edib.

Xəbər lenti