Xəzər Xəbər

Bakıda əsən güclü külək nə vaxt kəsəcək? AÇIQLAMA

Gündəm | 1,425 | 09:58 • 20 May 2022
Bakıda əsən güclü külək nə vaxt kəsəcək?

“Bu gün Bakı və Abşeron yarımadasında küləkli hava şəraiti davam edəcək”.

XəzərXəbər xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O bildirib ki, axşam saatlarında bəzi yerlərdə arabir yağış yağacaq:

“Mayın 21-i səhər saatlarından külək zəifləyəcək. Gündüz saatlarında mülayim cənub küləyinin əsəcəyi gözlənilir”.

Xidmət rəsmisi əlavə edib ki, bölgələrdə də yağıntılı hava şəraiti davam edəcək:

“Bəzi yerlərdə şimşək çaxacaq. Mayın 21-dən səhər saatlarından yağıntı kəsiləcək. Mayın 22-dən əksər rayonlarda yağmursuz hava şəraiti olacaq”.

Xəbər lenti