Xəzər Xəbər

Azərbaycana daha bir neçə ölkədən uçuşlara icazə verildi SİYAHI

Baş nazir Əli Əsədov Qərar imzalayıb
Gündəm | 20:38 • 19 May 2022
Azərbaycana daha bir neçə ölkədən uçuşlara icazə verildi

“Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında dəyişiklik edilib.

Xezerxeber.az xəbər verir ki, bununla əlaqədar Baş nazir Əli Əsədov mayın 19-da Nazirlər Kabinetinin 199 nömrəli Qərarını imzalayıb. Qərara əsasən, mayın 20-dən hava nəqliyyatı vasitəsilə aşağıda qeyd olunan ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına müvafiq tələblər nəzərə alınmaqla icazə verilir:

Bolqarıstan Respublikası;

Butan Krallığı;

Cənubi Afrika Respublikası;

Qvatemala Respublikası;

Laos Xalq Demokratik Respublikası;

Livan Respublikası;

Mavriki Respublikası;

Misir Ərəb Respublikası;

Myanma İttifaqı Respublikası;

Nepal Federativ Demokratik Respublikası;

Paraqvay Respublikası;

Şimali Makedoniya Respublikası;

Şri-Lanka Demokratik Sosialist Respublikası;

Vyetnam Sosialist Respublikası.

Xəbər lenti