Xəzər Xəbər

Azərbaycanın borc alması və zəmanət verməsi qaydası dəyişdi

Gündəm | 16:25 • 16 May 2022
Azərbaycanın borc alması və zəmanət verməsi qaydası dəyişdi

Prezident İlham Əliyev 18 dekabr 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi Qaydası”nda dəyişiklik edib.

XəzərXəbər xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Fərmansa əsasən, müqavilə əsasında idarəetməyə verilən və payları (səhmləri) 100% məxsus lotereya təşkilatçısı və (və ya) idman mərc oyunları operatoru olan hüquqi şəxsə bu Qaydanın müddəaları idarəetmə müqaviləsi qüvvədə olduğu müddət ərzində şamil edilmir.

Xəbər lenti