Xəzər Xəbər

Təhsil Nazirliyi YENİ MƏLUMAT AÇIQLADI - Bu müəllimlər...

Gündəm | 8,092 | 16:57 • 16 May 2022
Təhsil Nazirliyi YENİ MƏLUMAT AÇIQLADI - Bu müəllimlər...

Təhsil Nazirliyi tərəfindən Dövlət ümumtəhsil müəssisələrində pedoqoji  fəaliyyətlə məşğul  müəllimlərin sertifikatlaşdırılmasına başlanılacaq. Proses mərhələli şəkildə həyata keçiriləcək. Sertifikatlaşdırılma ilə bağlı təşkil olunacaq test imtahanı mərhələsində təqdim olunan 60 sualdan 30 və daha artıq bal toplayanlar müsahibə mərhələsinə buraxılacaq. 

Təhsil Nazirliyinin İnsan Resusları Şöbəsinin əməkdaşı Tükəzban Quliyeva bildirib ki, ilkin mərhələdə 11 minədək ibtidai sinif müəllimlərinin iştirakı nəzərdə tutulur:

“Təhsil verənlərin serfikatlaşdırılmasının əsas məqsədi ümumtəhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan ali və orta ixtisaslı təhsil verənlərin peşəkar inkişafına nail olmaq, onların peşə yararlılıqlarının, peşəkarlılıq səviyyəsnin yoxlanılması onların ehtiyaclarının müəyyyənləşdirilməsidir. Təhsilverənlərin serfikatlaşdırılmasında çalışmanın yaş həddinə çatmamış təhsil verənlərin iştirakı nəzərdə tutulur.”

Sertifikatlaşdırma prosesinə birinci mərhələdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Quba-Xaçmaz və Gəncə-Daşkəsən Regional Təhsil idarələrinə tabe olan, həmçinin Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif müəllimləri cəlb olunacaq. İmtahana hazırlıq üçün fənnlər üzrə seminarlar təşkil olunub.

“Təhsil verənlər üzrlü səbəbdən iştirak etmədiyi təqdirdə bir il ərzində və  ya sertifikatlaşdırmada uğur qazanmadıqları təqdirdə bir il ərzində onların iş yeri saxlanılmaqla təkrar sertfikatlaşdırmada iştirak edə biləcəklər.”

Sertifikatlaşdırmanın nəticələri müəllimlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alınacaq. İmtahan prosesinə 5 il müddətində ilk dəfə işə qəbul olunanlar, hamilə qadınlar, sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddət çalışan qadınlar iştirak etməyəcəklər. Sertifikatlaşdırılma prosesi üzrə hazırlıqlara iyunda, test imtahanı mərhələsinə isə avqustun sonlarında başlanılması nəzərdə tutulur./Demokrat.az

Xəbər lenti