Xəzər Xəbər

DİQQƏT! Bu müəllimlərin əmək müqaviləsinə xitam veriləcək

Gündəm | 14,377 | 11:51 • 15 May 2022
DİQQƏT! Bu müəllimlərin əmək müqaviləsinə xitam veriləcək

“Sertifikatlaşdırmadan keçə bilməyən müəllimlərin əmək müqaviləsinə xitam verilə bilər. Bu barədə əmək qanunvericiliyində də bildirilib ki, təhsilverənlər sertifikasiyadan keçməsə, növbəti ildə onların əmək müqaviləsinə xitam verilir”.

XəzərXəbərxəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı keçirdiyi tədbirdə bildirib.

O, müəllimlərin sertifikatlaşdırmasının növbəti mərhələ üçün keçid balının 30 bal nəzərdə tutulduğunu qeyd edib:

“Bu da 50 faiz deməkdir. Sertifikatlaşdırmanın mahiyyəti kimlərisə işdən azad etmək və ya onların əmək müqaviləsinə xitam vermək deyil. Məqsəd təhsilverənlərin bilik və bacarıqlarını ölçmək, təlim ehtiyaclarını öyrənmək və növbəti strategiyaları müəyyən etməkdir. Üstəlik sertifikatlaşdırmadan  keçə bilməyən müəllimlərə dəstək proqramlarımız da var. 

Xəbər lenti