Xəzər Xəbər

Təhsil Nazirliyi YENİ MƏLUMAT YAYDI - 9 iyun 2022-ci il tarixinədək...

Gündəm | 11,599 | 17:10 • 13 May 2022
Təhsil Nazirliyi YENİ MƏLUMAT YAYDI - 9 iyun 2022-ci il tarixinədək...

Mayın 13-dən ölkə üzrə bir sıra lisey və gimnaziyalara 2022-2023-cü tədris ili üçün şagird qəbulu prosesinə başlanılıb.

Təhsil Nazirliyindən verilən məlumata görə, lisey və gimnaziyalara mərkəzləşdirilmiş qəbul imtahanında iştirak üçün ərizə qəbulu portal üzərindən 9 iyun 2022-ci il tarixinədək həyata keçiriləcək.

Valideynlər qeyd edilən portal üzərindən övladının şəxsi kabineti vasitəsilə lisey və gimnaziyalara qəbul üzrə təqdim olunmuş 3 müxtəlif seçimdən “Mərkəzləşdirilmiş imtahana qeydiyyat” bölməsini seçməklə ərizəni təqdim etməlidirlər. Qeydiyyat zamanı valideynlər onlara daha yaxın və uyğun olan imtahan mərkəzini (binasını) seçmə imkanına malikdirlər.

Şagirdlər əvvəlcə mərkəzləşdirilmiş qəbul imtahanında iştirak edəcək, sonra isə topladıqları bala müvafiq olaraq təhsil almaq istədikləri lisey və ya gimnaziyaların seçimini aparacaqlar.

İmtahan zamanı şagirdlərə Azərbaycan dili və riyaziyyat fənləri ilə yanaşı, riyazi məntiq biliklərinin yoxlanılması məqsədi ilə tapşırıqlar təqdim ediləcək.

Ətraflı məlumat üçün keçiddən istifadə edə bilərsiniz.

Xəbər lenti