Xəzər Xəbər

Daşınmaz əmlakla bağlı qanuna dəyişiklik edildi

Çıxarışla bərabər digər sənədlər də veriləcək
Gündəm | 15:17 • 13 May 2022
Daşınmaz əmlakla bağlı qanuna dəyişiklik edildi

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanununda dəyişiklik edilib.

Xezerxeber.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanunu təsdiqləyib.

Fərmanla “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 6.2-ci maddəsində aşağıdakı dəyişikliklər edilir:

Birinci cümləyə birinci halda “çıxarışın təqdim olunması” sözlərindən sonra “və daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi” sözləri əlavə edilsin.

Aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

“Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ləğv edilmiş sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almış, lakin bu torpaqlar üzərində mülkiyyət hüququ rəsmiləşdirilməmiş şəxslərin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki sənədlərin (pasport və plan ölçü) verilməsinə görə dövlət rüsumu tutulmur.”.

Xəbər lenti