Xəzər Xəbər

Azərbaycanda YENİ QƏRAR VERİLDİ - Tələblər dəyişdirildi

COVID-19-a görə təyyarə ekipajı üçün qoyulan tələblər dəyişdirilib
Gündəm | 16:33 • 22 Yanvar 2022
Azərbaycanda YENİ QƏRAR VERİLDİ - Tələblər dəyişdirildi

Azərbaycanda koronavirusla əlaqədar təyyarələrin işçi heyəti üçün qoyulan tələblər dəyişdirilib.

XəzərXəbər xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə əsasən, təyyarə ekipajında xəstəlik əlaməti olan işçidə laborator üsulla COVID-19 təsdiqləndiyi halda, onunla sıx təmasda olan əməkdaşlardan test götürülməsi zərurəti aradan qaldırılır.

Dəyişikliyə qədər işçidə laborator üsul ilə COVID-19 təsdiqləndiyi halda, onunla sıx təmasda olan əməkdaşlardan test götürülməli və cavabları aşkarlanana qədər onlar evdə izolyasiya olunmalı idi.

İmsak və İftar vaxtı 2022

Xəbər lenti