Xəzər Xəbər

Əli Əsədov yeni qərar imzaladı - 7 gün sonra veriləcək

İmmunitet sertifikatı test nəticəsindən 7 gün sonra veriləcək
Gündəm | 9,314 | 16:25 • 22 Yanvar 2022
Əli Əsədov yeni qərar imzaladı - 7 gün sonra veriləcək

COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikat şəxsin pozitiv PZR test nəticəsi tarixindən 7 gün (əvvəl 14 gün) sonra veriləcək.

XəzərXəbər  xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Baş nazirin daha bir qərarı ilə laboratoriya testinin nəticəsi pozitiv olan xəstələrin, həmçinin onlarla təmasda olan şəxslərin yaşayış yerində və ya olduğu yerdə təcrid olunma müddəti 14 gündən 7 günə azaldılıb.

İmsak və İftar vaxtı 2022

Xəbər lenti