Xəzər Xəbər

Antiinflyasiya tədbirləri hazırlayan İşçi qrup işə başladı

Gündəm | 15:35 • 21 Yanvar 2022
Antiinflyasiya tədbirləri hazırlayan İşçi qrup işə başladı

Yanvarın 18-də Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilmiş iclasda müvafiq qurumlara “Antiinflyasiya tədbirlərinin gücləndirlməsinə dair” Tədbirlər Planının hazırlanması tapşırılıb.

Nazirlər Kabinetindən verilən məlumata görə, artıq müvafiq qurumların nümayəndələrindən ibarət İşçi qrup yaradılıb və ilk iclası keçirilib. İşçi qrupun təqribən iki həftə ərzində Tədbirlər Planının ilkin layihəsini Hökumətə təqdim edəcəyi gözlənilir.

Xəbər lenti