Xəzər Xəbər

Lavrov Azərbaycan ilə Ermənistan arasında münasibətlərin nizamlanması məsələsindən danışıb

Gündəm | 14:50 • 21 Yanvar 2022
Lavrov Azərbaycan ilə Ermənistan arasında münasibətlərin nizamlanması məsələsindən danışıb

Rusiya Azərbaycan ilə Ermənistan arasında münasibətlərin nizamlanması məsələsində Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 2020-ci il 9 noyabr, 2021-ci il 11 yanvar və 2021-ci il 26 noyabr tarixli bəyanatlarında təsbit olunmuş üçtərəfli razılaşmaların tam həcmdə həyata keçirilməsinin zəruriliyini əsas götürür.

Bu fikri Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov bəyan edib. 2021-ci ildə Rusiya diplomatiyasının fəaliyyətinin yekunlarına dair mətbuat konfransı ilə əlaqədar KİV nümayəndələrinin suallarına RF XİN başçısının cavabları nazirliyin saytında dərc edilib.

S.Lavrov deyib: “Bu gün prioritet vəzifələr Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası prosesinə başlamaq, regionda nəqliyyat kommunikasiyalarını və iqtisadi əlaqələri bərpa etməkdir. Bu istiqamətlərdə tərəqqiyə nail olmaq Bakı ilə Yerevan arasında münasibətlərin normallaşdırılması işində əhəmiyyətli dərəcədə irəliləməyə imkan verəcək”.

Nazir daha sonra bildirib ki, bu il MDB üzvü olan dövlətlərin əksəriyyəti ilə, o cümlədən Azərbaycanla Rusiya arasında diplomatik münasibətlər yaradılmasının 30 illiyi qeyd ediləcəkr.

Diplomat daha sonra deyib: “Biz bu ölkələrin hər biri ilə silsilə yubiley tədbirləri hazırlayırıq. Bəzi tədbirlərin mədəni-maarif xarakteri daşıyacağını nəzərə alaraq, bunu əsas götürürük ki, həmin tədbirlər ictimaiyyət üçün də maraqlı olacaq”. (AZƏRTAC)

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024