Xəzər Xəbər

Şuşa və Ağdama getmək istəyənlərə ŞAD XƏBƏR - Portal bu gündən işə başladı

Şuşa və Ağdama səfərlər üçün portal işə düşdü
Gündəm | 13:54 • 21 Yanvar 2022
Şuşa və Ağdama getmək istəyənlərə ŞAD XƏBƏR - Portal bu gündən işə başladı

Azərbaycanın işğaldan azad edilmiş ərazilərə müntəzəm səfərlərlə bağlı yaradılan yolumuzqarabaga.az portalı bu gündən işə düşüb.

XəzərXəbər xəbər verir ki, yolumuzqarabaga.az saytını Dövlət Turizm Agentliyi yaradıb.

18 yaşı tamam olmuş istənilən Azərbaycan vətəndaşı "Yolumuz Qarabağa" portalında qeydiyyatdan keçərək, təyin olunmuş istiqamətlər üzrə bilet ala bilər.

Belə ki, yanvarın 24-dən etibarən vətəndaşlar bilet alaraq, Bakı, Bərdə və Əhmədbəylidən Şuşa və Ağdama səfər edə biləcəklər.

Eyni anda maksimum 5 sərnişin üçün biletin alınmasına imkan yaradılıb.

Müəyyən edilmiş qaydalara görə, Əhmədbəyli-Şuşa üzrə həftədə 4 dəfə, digər istiqamətlərdə isə həftədə 2 dəfə olacaq.

Qeyd edək ki, Bakı-Şuşa-Bakı marşrutunun birtərəfli qiyməti 10.40 manat, Bakı-Ağdam-Bakı marşrutunun birtərəfli qiyməti 9.40 manat təşkil edəcək. Həmçinin yanvarın 24-dən Əhmədbəyli-Şuşa, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa, Bərdə-Ağdam istiqamətində də marşrutlar açılacaq. İşğaldan azad edilmiş ərazilərə sərnişin marşrutlarına biletləri “Yolumuz Qarabağa” portalından əldə etmək olacaq. Vətəndaşlar portala daxil olduqdan sonra "ASAN login" vasitəsilə bilet ala biləcəklər.

Xəbər lenti