Xəzər Xəbər

Hikmət Hacıyev: Ermənistandan cavab gözləyirik

Gündəm | 10:54 • 20 Yanvar 2022
Hikmət Hacıyev: Ermənistandan cavab gözləyirik

"Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Ermənistan Azərbaycan münasibətilərinin normallaşdırılması ilə bağlı məsələlərə toxundu".

XəzərXəbər xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, Prezident müsahibəsində həmçinin Azərbaycanla Ermənistan arasındakı potensial sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqlara başlanılması məsələlərinə toxunub: "Ermənistandan müvafiq cavabların verilməsini gözləyirik. Ermənistan regionda yaranmış yeni geosiyasi vəziyyəti düzgün qiymətləndirməli və nəticə çıxmalıdır".

Xəbər lenti