Xəzər Xəbər

Dövlət orqanlarında çalışan bəzi işçilərin maaşları artırıldı CƏDVƏL

Qərar 2022-ci il yanvarın 1-dən tətbiq edilir
Gündəm | 11:27 • 17 Yanvar 2022
Dövlət orqanlarında çalışan bəzi işçilərin maaşları artırıldı

Nazirlər Kabineti “Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” qərarında dəyişiklik edib.

Xezerxeber.az-ın məlumatına görə, qərara əsasən, dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları 2022-ci il yanvarın 1-dən aşağıdakı məbləğdə müəyyən edilib: 

Sıra

№-si

 

Aylıq vəzifə maaşının məbləği

(manatla)

1.

Ali kateqoriya dövlət orqanlarında

370

2.

1-ci kateqoriya dövlət orqanlarında

355

3.

2-ci və 3-cü kateqoriya dövlət orqanlarında

335

4.

4-cü və 5-ci kateqoriya dövlət orqanlarında

315

Həmin işçilərin mükafatlandırılması məqsədilə hər il növbəti il üçün təsdiq edilən dövlət büdcəsində onların çalışdıqları dövlət orqanlarında həmin işçilər üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsaitlər nəzərdə tutulur.

Bu Qərar 2022-ci il yanvarın 1-dən tətbiq edilir.

Xəbər lenti