Xəzər Xəbər

Türkiyə XİN Ermənistan xüsusi nümayəndəsi ilə ilk görüşün nəticəsini açıqlayıb

Gündəm | 16:27 • 14 Yanvar 2022
Türkiyə XİN Ermənistan xüsusi nümayəndəsi ilə ilk görüşün nəticəsini açıqlayıb

Türkiyə və Ermənistan müzakirələri ilkin şərtlər olmadan davam etdirməyə razılaşıblar.

Xezerxeber.az xəbər verir ki, bunu Türkiyə və Ermənistanın münasibətləri normallaşdırma üzrə xüsusi nümayəndələrinin ilk görüşü ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, xüsusi nümayəndələr pozitiv və konstruktiv atmosferdə gerçəkləşən ilk görüşdə Türkiyə və Ermənistan arasında dialoq yolu ilə davam etdiriləcək normallaşma prosesinə yönəlik fikir mübadiləsi aparıblar: "İkinci görüşün yeri və tarixi diplomatik kanallar vasitəsilə müəyyənləşdiriləcək”.

Xəbər lenti