Xəzər Xəbər

Ceyhun Bayramov Türkiyə ilə bağlı paylaşım etdi

Gündəm | 10:26 • 14 Yanvar 2022
Ceyhun Bayramov Türkiyə ilə bağlı paylaşım etdi

"Azərbaycanla Türkiyə arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur".

XəzərXəbər xəbər verir ki, bu fikir Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun tvitter səhifəsindəki paylaşımında yer alıb.

"Müstəqilliyimiz daimi, dostluğumuz sarsılmaz, qardaşlığımız hər zaman möhkəm olsun!", – paylaşımda qeyd edilib.

Nazirin təbriki Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin bu misraları ilə bitir:

"Birdir bizim hər halımız, diləyimiz, amalımız, bayraqlarda hilalımız, Azərbaycan, Türkiyə!"

Xəbər lenti