Xəzər Xəbər

Saxlanılan iki hərbçimiz bu gün geri qaytarıldı — RƏSMİ

MN: Yolu azaraq Ermənistana keçən iki hərbçimiz geri qaytarılıb
Gündəm | 22:10 • 20 Dekabr 2021
Saxlanılan iki hərbçimiz bu gün geri qaytarıldı — RƏSMİ

Dekabrın 18-də gündüz saatlarında Laçın rayonunun dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun iki hərbi qulluqçusu müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Hüseynov Teymur Ələddin oğlu və əsgər Mustafayev Murad Mikayıl oğlu əlverişsiz hava şəraitində yolu azaraq qarşı tərəfə keçib.

Bu barədə XəzərXəbər Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Aparılmış danışıqlar nəticəsində hərbi qulluqçuların bu gün geri qaytarılması təmin olunmuşdur.

Xəbər lenti