Xəzər Xəbər

Əmək pensiyaları ilə bağlı ŞAD XƏBƏR: yanvarın 1-dən...

Gələn ildən əmək pensiyasının minimum məbləği 240 manat olacaq
Gündəm | 19,217 | 20:42 • 20 Dekabr 2021
Əmək pensiyaları ilə bağlı ŞAD XƏBƏR: yanvarın 1-dən...

Əmək pensiyasının minimum məbləği 2022-ci il yanvarın 1-dən 240 manat məbləğində müəyyən olunacaq.

XəzərXəbər-in məlumatıma görə, bu, “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Beləliklə, əmək pensiyasının minimum məbləği gələn ildən 20 faiz artırılacaq. Hazırda əmək pensiyasının minimum məbləği 200 manatdır.

Qanun layihəsi sabah Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında müzakirəyə çıxarılacaq./apa

Xəbər lenti