Xəzər Xəbər

Azərbaycanda bu şəxslər 50 min manat cərimə ediləcək

Gündəm | 19:05 • 20 Dekabr 2021
Azərbaycanda bu şəxslər 50 min manat cərimə ediləcək

Azərbaycanda qumar oyunlarının təşkilinə və keçirilməsinə görə inzibati xətanın törədilməsinə alət olmuş predmet, habelə qumar oyunlarına qoyulmuş pul vəsaitləri və ya digər əmlak, uduş fondu, həmçinin qumar oyunu nəticəsində əldə edilmiş gəlir müsadirə edilməklə fiziki şəxslər 5 min manat məbləğdə, vəzifəli şəxslər 10 min manat məbləğdə, hüquqi şəxslər 50 min manat məbləğdə cərimə ediləcək.

Bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə düzəliş edilir.

Dəyişikliyə əsasən, qumar oyunlarında iştirak üçün biletlərin (və ya biletə bərabər tutulan digər iştirak hüququnun) satışının təşkili və (ya) satışına görə fiziki şəxslər 5 min manat məbləğdə, vəzifəli şəxslər 10 min manat məbləğdə, hüquqi şəxslər 50 min manat məbləğdə cərimə ediləcək.

Müzakirələrdən sonra dəyişikliklər birinci oxunuşda səsverməyə qoyularaq qəbul edilib.

Xəbər lenti