Xəzər Xəbər

Ermənistan hərbçiləri Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqelərini atəşə tutub

Gündəm | 18:02 • 9 Dekabr 2021
Ermənistan hərbçiləri Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqelərini atəşə tutub

Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində növbəti təxribata əl atıb.

Bu barədə xezerxeber.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, dekabrın 9-u saat 15.00 radələrində Ermənistan hərbi bölmələri Basarkeçər rayonu istiqamətində yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonundakı mövqelərini atəşə tutub: "Ordumuzun bu istiqamətdə yerləşən bölmələri tərəfindən müvafiq tədbirlər görülüb. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır".

Xəbər lenti