Xəzər Xəbər

Helikopter qəzasında xəsarət alan hərbçilər evə buraxılıb

Gündəm | 17:47 • 9 Dekabr 2021
Helikopter qəzasında xəsarət alan hərbçilər evə buraxılıb

Noyabrın 30-da bir Qaraheybətdə aviasiya poliqonunda təlim uçuşları həyata keçirən zaman qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə məxsus Mi-17 helikopterində xəsarət alan hərbçilər evə buraxılıb.

Bu barədə xezerxeber.az-a Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, yaralı hərbçilər - polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov Dövlət Sərhəd Xidmətinin hospitalından ambulator müalicəyə buraxılıb. Hazırda yaralıların vəziyyəti yaxşıdır, hər iki hərbçi müalicələrini ev şəraitində müalicələrini davam etdirirlər.

Xəbər lenti