Xəzər Xəbər

“Yüksəliş” müsabiqəsi davam edəcək - 1 milyon manat ayrıldı SƏRƏNCAM

Gündəm | 17:02 • 9 Dekabr 2021
“Yüksəliş” müsabiqəsi davam edəcək - 1 milyon manat ayrıldı

Prezident İlham Əliyev 2022-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər və “Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 iyul tarixli 1354 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Xezerxeber.az xəbər verir ki, sərəncamla 2022-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə 1.000.000 (bir milyon) manat ayrılıb.

Maliyyə Nazirliyi sərəncamda nəzərdə tutulan maliyyələşməni təmin etməli, Təşkilat Komitəsi sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

“Təşkilat Komitəsinin sədri

Fərəh Əliyeva - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri

Təşkilat Komitəsinin üzvləri

Anar Ələkbərov - Azərbaycan Respublikası Prezidentinin köməkçisi

Fərid Qayıbov - Azərbaycan Respublikasının gənclər və idman naziri

Mikayıl Cabbarov - Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Emin Əmrullayev - Azərbaycan Respublikasının təhsil naziri

Ceyhun Bayramov - Azərbaycan Respublikasının xarici işlər naziri

Sahil Babayev - Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri

Məleykə Abbaszadə - Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri

Ülvi Quliyev - Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Balakişi Qasımov - İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru.”.

Xəbər lenti