Xəzər Xəbər

Nazir: Kadr islahatları davamlı olacaq

Gündəm | 15:23 • 9 Dekabr 2021
Nazir: Kadr islahatları davamlı olacaq

Gənclər və İdman Nazirliyində aparılan kadr islahatları davamlı olacaq. Bu, reformların bir növ davamıdır. 

Bunu açıqlamasında Gənclər və İdman naziri Fərid Qayıbov deyib. 

O bildirib ki, gənclər və idman sahəsində işlərə başlanılıb:

“İdman və gənclər sahəsində yeni layihələrimiz olacaq. Layihələri birdən-birə həyata keçirmək mümkün deyil. Hazırda araşdırmalar, təhlillər aparılır. Araşdırmalar nəticəsində hansı fikrimizin düzgün olduğu, hansı istiqamətdə işlərin getməsini müəyyən edirik və qərarları qəbul edəcəyik. Gənclər evlərinin nə işlə məşğul olması, orada hansı işlərin görüldüyü və hansı işlərin görülməli olduğu ilə bağlı işlər gedir. Hansı dərnəklərin olması müəyyən edilir.

Paytaxt və regionlar arasında fərq var və müqayisə aparmaq o qədər də düzgün deyil. Buna görə təhlillər aparılmalıdır. Olimpiya kompleksləri və idman klublarımız necə işləməlidir? Uşaq idmanından tutmuş milli komandaya kimi idmançılarımızın necə yetişməsi, necə olması, milli komandalara dəstək layihələri həyata keçiriləcək”.

Xəbər lenti