Xəzər Xəbər

Ermənistan yola gəlir: Paşinyan razı olduqlarını açıqladı

Gündəm | 08:45 • 9 Dekabr 2021
Ermənistan yola gəlir: Paşinyan razı olduqlarını açıqladı

Ermənistan 3+3 formatına gəlir: Paşinyan bildirib ki, dekabrın 10-da 3+3 (böyük ehtimalla Gürcüstan iştirak etməyəcək və 3+2 şəklində olacaq) formatı çərçivəsində ilk görüş keçiriləcək və İrəvan bu görüşdə iştirak edəcək.

Erməni baş nazir “Moskvadan siqnal almışam ki, mövcud formatlarda müzakirə olunan məsələlərə “3+3” formatında baxılmayacaq” sözləri ilə demək istəyir ki, “sərhəd və Qarabağ məsələsinin buna aidiyyəti yoxdur”.

Və bunu daxili ictimai rəyə ünvanlayır, Moskvanı da qarant kimi göstərir.

Ermənistanın 3+3 formatında iştirakı postmünaqişə dövrünü qəbul etməsi və Azərbaycanla sülh sazişini imzalaması imkanlarını artırır. Paşinyan indi daxili rəyə vəd xarakterli mesajlar ötürsə də, bu formatda iştirak əlaqələrin qurulmasını zəruri edir. İrəvanın hədəfi iqtisadi gəlirlər əldə etmək, xüsusilə Türkiyə ilə sərhədlərin açılmasıdır. Bunun da yolu məhz sülh sazişindən keçir./publika.az

Xəbər lenti