Xəzər Xəbər

Müəllimlərə vaksinin dördüncü dozası məcburi vurulur? - AÇIQLAMA

Gündəm | 21:18 • 6 Dekabr 2021
Müəllimlərə vaksinin dördüncü dozası məcburi vurulur? - AÇIQLAMA

Bakının Suraxanı rayon Hövsan qəsəbəsində yerləşən məktəblərdən birində çalışan işçilər vaksinin dördüncü dozasının vurulmasına məcbur edilir. 

Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. 

İddia edilib ki, buna səbəb Azərbaycanda “Omikron” ştammının yayılmasıdır. 

Məsələ barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə əlaqə saxladıq. 

Qurumdan bildirilib ki, COVID-19 infeksiyası ilə bağlı peyvəndin dördüncü dozasının vurulması barədə təhsil müəssisələrinə göstəriş verilməyib:

“Peyvəndin vurulması könüllülük prinsipi əsasında həyata keçirilir”.

Qeyd edək ki, rəsmi məlumatlara görə, Azərbaycanda “Omikron” ştammı qeydə alınmayıb. 

Xatırladaq ki, təhsil naziri Emin Əmrullayev 90 mindən artıq təhsil işçisinin 3-cü doza vaksin vurdurduğunu açıqlamışdı./oxu.az

Xəbər lenti

Saatlıda mağaza yanıb
18:09 • 20 Yanvar 2022