Xəzər Xəbər

Şuşada tikilən məktəb nə vaxt hazır olacaq? - NAZİR AÇIQLADI

Nazir: Şuşada tikilən məktəbin inşası gələn ilin dekabrında bitəcək
Gündəm | 15:58 • 6 Dekabr 2021
Şuşada tikilən məktəb nə vaxt hazır olacaq? - NAZİR AÇIQLADI

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Şuşada inşa olunan 1 nömrəli məktəbin tikintisi davam edir.

XəzərXəbər xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, məktəbin tikintisi 2022-ci ilin dekabr ayında bitəcək.

Nazir xatırladıb ki, məktəb 960 nəfərlik tutuma malik olacaq.

Qeyd edək ki, həmin məktəbin layihələndirilməsi və tikintisi məqsədilə Prezidentin Ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 3 milyon manat vəsait ayrılmışdı.

Xəbər lenti