Xəzər Xəbər

Bir və ya bir neçə mənzil alanların DİQQƏTİNƏ: Gələn ildən etibarən...

Gündəm | 11,197 | 11:59 • 6 Dekabr 2021
Bir və ya bir neçə mənzil alanların DİQQƏTİNƏ: Gələn ildən etibarən...

"ƏDV-ni geri al" kampaniyası çərçivəsində gələn aydan tətbiq ediləcək dəyişikliklərlə bağlı müraciətlərə əsasən qeyd etmək istərdik ki, Vergi Məcəlləsinin 165-ci "Verginin sıfır (0) dərəcəsi ilə tutulması" maddəsinə bir sıra dəyişikliklər edilib. Artıq bu dəyişikliklər ötən cümə günü Milli Məclis tərəfindən təsdiq olunub.

XəzərXəbər xəbər verir ki, bunu iqtisadçı alim, millət vəkili Vüqar Bayramov qeyd edib.

Deputat bildirib ki, yeni dəyişikliklərə əsasən, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları alan zaman ödənilən ƏDV geri qaytarılmayacaq: "Əvvəllər yalnız bu istisna neft və qaz məhsullarına tətbiq olunurdu. Bununla yanaşı, tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilən ƏDV-nin də bir hissəsi gələn ildən etibarən geri qaytarılacaq".

V.Bayramov əlavə edib ki, digər dəyişiklik yaşayış və qeyri-yaşayış sahələrinin alınması ilə bağlıdır: "Belə ki, yeni dəyişikliyə əsasən, fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. Qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir. Dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra gələn aydan qüvvəyə minəcək".

Xəbər lenti

Çox oxunanlar