Xəzər Xəbər

Bu, Azərbaycan elminə öz təsirini göstərəcək - Əziz Səncər

Gündəm | 13:59 • 2 Dekabr 2021
Bu, Azərbaycan elminə öz təsirini göstərəcək - Əziz Səncər

Mən 2017-ci ildə ilk dəfə Azərbaycana gəlmişəm. Bu baxımdan indiki Azərbaycanla 2017-dəki Azərbaycanı müqayisə edə bilmərəm.

Bunu türk əsilli ABŞ alimi, kimya üzrə Nobel mükafatı laureatı, professor Əziz Səncər UNEC İqtisadi Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, Qarabağ münaqişəsinin həlli Azərbaycanın özünə inamını geri qaytarıb: "Azərbayacana ilk səfərimdə hamı Qarabağ problemindən danışırdı. O zaman təhsil naziri ilə danışanda təhsildən çox mövzumuz Qarabağ idi. İndi Qarabağ problemi həll olunub. İndi Azərbaycan xalqında özünə güvən var və ümid edirəm ki, bu, Azərbaycan elminə də öz təsirini göstərəcək".

Xəbər lenti