Xəzər Xəbər

Prezidentin köməkçisi: Xalqların birgə yaşaması üçün sülh çox vacibdir

Gündəm | 11:34 • 2 Dekabr 2021
Prezidentin köməkçisi: Xalqların birgə yaşaması üçün sülh çox vacibdir
"Bu gün mədəniyyətlər arasında əməkdaşlıq vacibdir".
 
XəzərXəbər xəbər verir ki, bunu Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Mədəniyyət naminə sülh" tərəfdaşlar forumunda çıxışı zamanı deyib.
 
Onun sözlərinə görə, Azərbaycan 44 günlük Vətən müharibəsində qalib gəlməklə çox şeyləri dəyişdi: "Ümumilikdə Cənubi Qafqazda vəziyyət dəyişdi".
 
H.Hacıyev bildirib ki, azad edilən ərazilərdə hər şey dağıdılıb: "Biz orada Azərbaycan mədəni isrsinin dağılmasının şahidi olmuşuq. Biz beynəlxalq təşkilatları azad edilən ərazilərə cəlb etmək istəyirik. Eyni zamanda azad edilən ərazilərə faktaraşdırıcı missiya təşkil etməsi üçün YUNESKO-ya müraciət etmişik. YUNESKO Baş direktoruna təşəkkür edirik ki, Azərbaycana səfər etdi. Xalqımızın digər sivilizasiyalara hörmətini göstərmək istəyirik. Sülh xalqların birgəyaşayışı üçün çox vacibdir".

Xəbər lenti