Xəzər Xəbər

Bu gün Moskvada Baş nazir müavinlərinin görüşü olacaq

Bu gün Moskvada Azərbaycan, Rusiya və Ermənistan Baş nazir müavinlərinin görüşü olacaq
Gündəm | 17:11 • 1 Dekabr 2021
Bu gün Moskvada Baş nazir müavinlərinin görüşü olacaq

Bu gün Moskva şəhərində Azərbaycan, Ermənistan baş nazirlərinin müavinlərinin və Rusiya hökuməti sədrinin müavininin birgə sədrliyi ilə regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə təsis edilən Üçtərəfli İşçi Qrupun görüşü olacaq.

XəzərXəbər “Report”a istinadən xəbər verir ki, bunu Ermənistan Baş nazirinin müavini Mger Qriqoryan söyləyib.

Görüşdə kommunikasiya xətlərinin açılması məsələsi müzakirə olunacaq.

Xəbər lenti