Xəzər Xəbər

Ukraynanın Baş prokuroru: Azərbaycan ilə əməkdaşlığın geniş perspektivləri var

Gündəm | 15:31 • 1 Dekabr 2021
Ukraynanın Baş prokuroru: Azərbaycan ilə əməkdaşlığın geniş perspektivləri var

Azərbaycanın və Ukraynanın prokurorluq orqanları arasında əməkdaşlıq daha da möhkəmlənib.

Bu fikri AZƏRTAC-a açıqlamasında Ukraynanın Baş prokuroru İrina Venediktova deyib.

İrina Venediktova bildirib ki, iki ölkənin prokurorluq orqanları arasında əməkdaşlığın genişlənməsi qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsi işinə xidmət edir.

“Ukrayna ilə Azərbaycan arasında hüquq sahədə əməkdaşlıq üçün geniş perspektivlər var. Biz bu perspektivlərdən səmərəli istifadə etmək istəyindəyik”, - deyə İrina Venediktova əlavə edib.

Ukraynanın Baş prokuroru qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini bildirərək, Azərbaycan ilə Ukrayna arasında əməkdaşlığın böyük əhəmiyyət daşıdığını qeyd edib.

Xəbər lenti