Xəzər Xəbər

Milli Məclisin rəhbərliyi helikopter qəzasında həlak olanların ailələrinə başsağlığı veriblər

Gündəm | 19:21 • 30 Noyabr 2021
Milli Məclisin rəhbərliyi helikopter qəzasında həlak olanların ailələrinə başsağlığı veriblər

Milli Məclisin rəhbərliyi və deputatlar Xızı rayonu ərazisində baş verən helikopter qəzasında həlak olan hərbçilərin ailələrinə başsağlığı veriblər.

Xezerxeber.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Məlumatda deyilir: “Milli Məclisin rəhbərliyi və deputatlar Xızı rayonu ərazisindəki “Qaraheybət” aviasiya poliqonunda Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində heyət üzvlərinin həlak olmasından kədərləndiklərini bildirir, həyatlarını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirlər.

Allah rəhmət eləsin!”.

Xəbər lenti