Xəzər Xəbər

İbrahim Kalın helikopter qəzası ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib

Gündəm | 16:45 • 30 Noyabr 2021
İbrahim Kalın helikopter qəzası ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib

Türkiyə Prezident Administrasiyasının sözcüsü İbrahim Kalın helikopter qəzası ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.

Xezerxeber.az-ın xəbərinə görə, Türkiyə Prezident Administrasiyasının sözcüsü bu barədə "Twitter"də paylaşım edib.

"Qardaş Azərbaycan ordusuna məxsus hərbi helikopterin təlim uçuşu zamanı qəzaya uğradığını böyük kədər hissi ilə öyrəndim. Bu faciəvi qəzada şəhid olan qardaşlarımıza Allahdan rəhmət, yaralananlara isə şəfa diləyirəm. Bir Millət, İki Dövlətin başı sağ olsun", - deyə qeyd olunub.

Xəbər lenti