Xəzər Xəbər

Helikopter qəzası ilə bağlı yeni RƏSMİ AÇIQLAMA

Gündəm | 16:11 • 30 Noyabr 2021
Helikopter qəzası ilə bağlı yeni

"“Qaraheybət” aviasiya poliqonunda planlı təlim uçuşları keçirərkən helikopterimiz qəza enişi edib".

Xezerxeber.az xəbər verir ki, bunu APA-ya Dövlət Sərhəd Xidmətinin rəisi müavini İlham Mehdiyev bildirib.

DSX-nin rəisi müavini deyib ki, qəza nəticəsində həlak olanlar və yaralananlar var: "Qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb".

İ.Mehdiyev bildirib ki, yaralılar Dövlət Sərhəd Xidmətinin hospitalına yerləşdirilib.

Xəbər lenti

Çox oxunanlar