Xəzər Xəbər

Türkiyə parlamentinin sədri Azərbaycana başsağlığı verib

Gündəm | 15:57 • 30 Noyabr 2021
Türkiyə parlamentinin sədri Azərbaycana başsağlığı verib

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğraması ilə bağlı Azərbaycana başsağlığı verib.

Xezerxeber.az-ın xəbərinə görə, o, bu barədə tviter hesabında paylaşım edib.

“Bu gün baş verən helikopter qəzasında şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralananlara şəfa diləyirik. Azərbaycan xalqının baş sağ olsun”, - M.Şəntop bildirib.

Qeyd edək ki, noyabrın 30-da saat 10:40 radələrində DSX-nin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var.

Xəbər lenti