Xəzər Xəbər

Hulusi Akar Azərbaycana başsağlığı verdi

Gündəm | 15:52 • 30 Noyabr 2021
Hulusi Akar Azərbaycana başsağlığı verdi

Türkiyənin milli müdafiə naziri Hulusi Akarın Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyevlə telefon danışıqları olub.

XəzərXəbər xəbər verir ki, H. Akar hərbi helikopter qəzasında həlak olanlarla əlaqədar başsağlığı verib, yaralılara şəfa diləyib.

“Hulusi Akar dost və qardaş Azərbaycan xalqına da başsağlığı verib”, - bildirilib.

Qeyd edək ki, bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var.

Xəbər lenti