Xəzər Xəbər

Malların rüsumsuz gətirilməsi limiti azaldılır? - DGK-dən AÇIQLAMA

Gündəm | 15:48 • 30 Noyabr 2021
Malların rüsumsuz gətirilməsi limiti azaldılır? - DGK-dən AÇIQLAMA

Dövlət Gömrük Komitəsi (DGK) bir sıra KİV-lərdə fiziki şəxslər üçün malların rüsumsuz gətirilməsi limitinin 300 dollardan 100 dollaradək azaldılması barədə yer alan məlumatı şərh edib.

XəzərXəbər-in məlumatına görə, DGK-dən bildirilib ki, bu cür qərarların qəbulu Nazirlər Kabinetinin səlahiyyətindədir.

"Dövlət Gömrük Komitəsi icraedici strukturdur. KİV-lərdə yayılan bu məlumat həqiqətə uyğun deyil", - deyə komitədən bildiriblər.

Qeyd edək ki, 2020-ci ildən bir fiziki şəxsin adına gətirilən 300 dollardan çox olmayan mallara rüsum tətbiq olunmur.

Əvvəllər bu rəqəm 1000 dollara bərabər idi.

Xəbər lenti