Xəzər Xəbər

Pakistan Prezidenti Vətən müharibəsindəki Qələbə münasibətilə Azərbaycan Prezidentini təbrik edib

Gündəm | 16:43 • 28 Noyabr 2021
Pakistan Prezidenti Vətən müharibəsindəki Qələbə münasibətilə Azərbaycan Prezidentini təbrik edib

Pakistan Prezidenti Arif Alvi Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısında çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyevi Vətən müharibəsindəki Qələbəsi münasibətilə təbrik edib.

Xezerxeber.az xəbər verir ki, Pakistan Prezidenti Arif Alvi Azərbaycanın Vətən müharibəsindəki Qələbəsi münasibətilə təbriklərini çatdıraraq deyib:

"Bu fürsətdən istifadə edib Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və ərazi bütövlüyünün bərpası münasibətilə Prezident Əliyevi bir daha təbrik etmək istərdim. Onun bu işə töhfəsini çox yüksək qiymətləndirirəm".

Xəbər lenti