Xəzər Xəbər

Rusiya XİN: Cənubi Qafqazda əsas diqqət nəqliyyat əlaqələrinin bərpasına yönəlib

Gündəm | 15:14 • 25 Noyabr 2021
Rusiya XİN: Cənubi Qafqazda əsas diqqət nəqliyyat əlaqələrinin bərpasına yönəlib

Cənubi Qafqaz regionunda əsas diqqət ticari-iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına yönəlib.

bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə sabah Soçidə keçiriləcək Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü barədə suala cavabında bildirib.

Onun sözlərinə görə, ali səviyyədə görüşləri şərh etmək Rusiya Prezident administrasiyasının səlahiyyətindədir.

“Onu deyə bilərəm ki, Rusiya Cənubi Qafqaz regionunda sabitliyin möhkəmlənməsi və dinc həyatın qurulması istiqamətində addımların atılması üçün hər şeyi edir. Əlbəttə ki, indi əsas diqqət bu regionda ticari-iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına yönəlib”, - XİN rəsmisi vurğulayıb. (APA)

Xəbər lenti