Xəzər Xəbər

Azərbaycanlılara məxsus 2000 toponim dəyişdirildi, 850 bina dağıdıldı - RƏSMİ

Gündəm | 08:44 • 25 Noyabr 2021
Azərbaycanlılara məxsus 2000 toponim dəyişdirildi, 850 bina dağıdıldı - RƏSMİ

"Ermənistan dünyada yeganə ölkədir ki, İrəvanın memarlıq simasını tamamilə dəyişib. İrəvan qalasının izi silinib. Orada yalnız Göy məscid qalıb. Ermənistanda 850 bina dağıdılıb. Onlar dünyaya car çəkirlər ki, İrəvan qədim şəhərdir, lakin tarixi yerləri dağıdıblar, 2 000 toponimi tamamilə dəyişdiriblər".

XəzərXəbər "Report"a istinadən xəbər verir ki, bu fikirləri Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin Siyasi araşdırmalar və analitik təhlil sektorunun müdiri Fuad Axundov "Böyük Qayıdış: Mədəniyyətin dirçəlişi" konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ermənilərin törətdikləri dünyada görülməyən vəhşiklərdir: "Onlar Azərbaycan mədəniyyətinin bütün izlərini silmək istəyirlər. Dağıntıların şəkillərini çəkmək və saxlamaq lazımdır. Çünki orada bərpa işləri aparılacaq və dağıntılar qalmayacaq".

"Hazırda döyüşlərdən də ağır informasiya savaşı gedir. Ermənilərin etdiyini dünyaya göstərmək lazımdır", - F.Axundov bildirib.

Xəbər lenti