Xəzər Xəbər

Müdafiə Nazirliyi təkzib etdi: YALANDIR...

Gündəm | 19:30 • 22 Noyabr 2021
Müdafiə Nazirliyi təkzib etdi: YALANDIR...

Azərbaycan Ordusunun Kəlbəcər istiqamətində yerləşən bölmələri tərəfindən guya atəş açılması nəticəsində bir erməni hərbçisinin yaralanması barədə Ermənistan mətbuatının yaydığı məlumat yalandır.

Bu barədə XəzərXəbər-ə Müdafiə Nazirliyindən məlumat verilib.

"Bildiririk ki, qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən hər hansı atəş açılmayıb, sakitlikdir", - açıqlamada qeyd olunub.

Xəbər lenti