Xəzər Xəbər

I qrupda bu abituriyentlər kimyadan yox, bu fəndən İMTAHAN VERƏCƏK

Gündəm | 22:08 • 27 Oktyabr 2021
I qrupda bu abituriyentlər kimyadan yox, bu fəndən İMTAHAN VERƏCƏK

"2022-2023-cü tədris ilində I qrupda informatika üzrə ixtisasları seçən abituriyentlərə imkan veriləcək ki, onlar kimyadan yox, informatikadan imtahan versinlər”.

XəzərXəbər xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi onlayn mətbuat konfransında bildirib.

 

"Bununla əlaqədar əlavə elan gələn həftə daha dəqiq şəkildə bizim saytımızda olacaq. Bugünkü alqoritmə uyğun olaraq, I qrupda da dəyişikliklər bir ildən sonra nəzərdə tutulur”, - o qeyd edib.

Xəbər lenti