Xəzər Xəbər

İrəvandan VACİB AÇIQLAMA: razılaşmaya yaxınıq...

Baş nazir müavini: Azərbaycan və Ermənistan kommunikasiyaların açılması məsələsində razılaşmaya yaxındır
Gündəm | 19:25 • 27 Oktyabr 2021
İrəvandan VACİB AÇIQLAMA: razılaşmaya yaxınıq...

Azərbaycan, Rusiya və Ermənistan Baş nazirlərinin müavinlərindən ibarət işçi qrup istismarına başlanılması nəzərdə tutulan dəmir yollarının xəritəsi üzrə konsensusa yaxınlaşa bilib.

XəzərXəbər-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə işçi qrupun Ermənistandan olan üzvü, Baş nazirin müavini Mqer Qriqoryan bildirib.

Onun sözlərinə görə, avtomagistralların xəritəsi üzrə məsləhətləşmələr isə hələ davam edir.

“Avtomobil yolları ilə bağlı hələlik konsensus yoxdur. Müxtəlif təkliflər var, lakin hələlik konsensus və ümumi yanaşma əldə olunmayıb. Avtomobil yollarına dair əlimizdə artıq hazır xəritə var deyə bilmərik. Dəmir yoluna gəlincə, daha yaxın yanaşmalar və baxışlar var. Orada suallar aydındır”, - deyə M. Qriqoryan vurğulayıb./apa

Xəbər lenti