Xəzər Xəbər

Yas mərasimləri ilə bağlı VACİB AÇIQLAMA

Gündəm | 3,702 | 18:23 • 27 Oktyabr 2021
Yas mərasimləri ilə bağlı VACİB AÇIQLAMA

Hazırda Azərbaycanda bir çox hallarda yas mərasimlərinin təşkili müşahidə olunur, adi qaydada yas mərasimləri keçirilir. Lakin məlumdur ki, pandemiya səbəbindən yas mərasimlərinin keçirilməsində məhdudiyyətlər var.

XəzərXəbər xəbər verir ki, məsələ ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva deyib ki, hazırda pandemiya səbəbindən yas mərasimlərinin keçirilməsinə qoyulan məhdudiyyətlər qüvvədədir: “Bu gün qlobal problemlər siyahısında ön sırada koronavirus pandemiyası dayanır. İki ilə yaxındır ki, bütün dünyada koronavirusla bağlı kütləvi toplantıların və tədbirlərin keçirilməsinə müvəqqəti məhdudiyyətlər qoyulub.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı dəfn mərasimləri istisna olmaqla, dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsi ilə bağlı məhdudiyyət hələ də qüvvədədir.

Böyük kütləviliyi ilə seçilən, sosial məsafəyə əməl olunmasının təmin edilməsi az qala qeyri-mümkün olan yas mərasimləri virusun daha çox insan arasında yayılması ehtimalı baxımından böyük təhlükə yarada bilər. Bu gerçəkliyi nəzərə alaraq, özünü və cəmiyyəti qorumaq məqsədilə hər bir vətəndaşın Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əməl etməsi zəruridir”./trend.az

Xəbər lenti