Xəzər Xəbər

Rövşən Əkbərova 10 il cəza verildi, 40 min manat cərimə edildi

Gündəm | 17:41 • 27 Oktyabr 2021
Rövşən Əkbərova 10 il cəza verildi, 40 min manat cərimə edildi

Qəsdən adam öldürməkdə təqsirləndirilən sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərov barəsində cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

XəzərXəbər xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Həbib Həsənovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub. Rövşən Əkbərov 10 il müddətinə azadlıqdan mərhum edilib. Həmçinin Rövşən Əkbərovun ittiham olunduğu Cinayət Məcəlləsinin 12.1, 221.3-cü (xuliqanlıq) maddəsi ittihamdan xaric edilib.

Zərərçəkmiş tərəfin mülki iddiası qismən təmin olunub. Rövşən Əkbərovdan 40 min 10 manat məbləğində pul tutularaq zərərçəkmişin hüquqi varisi Fəday Əliyevə verilməsi barədə qərar çıxarılıb. Məhkəmə Rövşən Əkbərovun hərbi rütbəsi, fəxri adlarının alınmasının zəruri hesab etməyib. Buna səbəb işdə hərbi rütbənin alınması ilə bağlı təqdimat olmadığı göstərilib.

Qeyd edək ki, prokuror Eldar Həmzəyev Rövşən Əkbərovun ittiham olunduğu Cinayət Məcəlləsinin 12.1, 221.3-cü (xuliqanlıq) maddəsinin ittihamdan xaric edilməsini istəyib. Buna səbəb cinayət işinin üstündən uzun müddət keçməsi olub. Prokuror Rövşən Əkbərovun Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinmısini, 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Elçin Sadıqov çıxışı zamanı prokurorun istədiyi cəza ilə razı olmayıb. O, Rövşən Əkbərova prokurorun istədiyi cəzanın az olduğunu deyib, təqsirləndirilən şəxsə 15 il cəza verilməsini xahiş edib. Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilib.

 

*****

Qəsdən adam öldürməkdə təqsirləndirilən sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərov barəsində cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

XəzərXəbər xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Həbib Həsənovun sədrliyi ilə baş tutan prosesdə Rövşən Əkbərovun vəkili Rüstəm Zülfüqarov çıxış edib. O, Rövşən Əkbərovun günahsız olduğunu deyib. Bildirib ki, müdafiə etdiyi şəxsin əməlində cinayət tərkibi yoxdur, ona bəraət verilməlidir. Vəkil həmçinin zərərçəkmiş tərəfin verdiyi mülki iddianın rədd edilməsini istəyib.

Daha sonra Rövşən Əkbərov son söz deyib. Bildirib ki, onun bu qətl hadisəsi ilə əlaqəsi olmayıb. Deyib ki, 2001-ci il iyunun 1-də kafedə olmayıb: "Mən həmin gün kirayə qaldığım evdə ailə üzvlərimlə birlikdə olmuşam. Ertəsi gün səfirlikdən mənə xəbər veriblər, hadisə barədə deyiblər. Mən Məzahir Şıxəliyevi tanımamışam, Elçin Əliyevin cəmi iki dəfə görmüşəm. Barəmdə bəraət verilməsini istəyirəm".

Daha sonra hakimlər hökm çıxarmaq üçün müşavirəyə yollanıblar, yaxın saatlarda hökm elan olunacaq.

Qeyd edək ki, prokuror Eldar Həmzəyev Rövşən Əkbərovun ittiham olunduğu Cinayət Məcəlləsinin 12.1, 221.3-cü (xuliqanlıq) maddəsinin ittihamdan xaric edilməsini istəyib. Buna səbəb cinayət işinin üstündən uzun müddət keçmısi olub. Prokuror Rövşən Əkbərovun Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinmısini, 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Elçin Sadıqov çıxışı zamanı prokurorun istədiyi cəza ilə razı olmayıb. O, Rövşən Əkbərova prokurorun istədiyi cəzanın az olduğunu deyib, təqsirləndirilən şəxsə 15 il cəza verilməsini xahiş edib. İttihama görə, Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi, 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra saat 4 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyevlə aralarında yaranmış cüzi münaqişə səbəbindən ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirib. İstibtaq sənədlərinə görə, Rövşən Əkbərov 2001-ci ildə Müdafiə Nazirliyi tərəfindən Ukraynaya 95 günlük xidməti ezamiyyətə göndərilib. Həmin il mayın 31-də gecə 3-4 radələrində Kiyev şəhərində yerləşən "Sikora” kafesində tanışları Elçin Əliyev və Məzahir Şıxaliyevlə içki məclisində olub. Həmin zaman Rövşən Əkbərov sərxoş vəziyyətdə həmin şəxslərin ona qarşı hörmətsizlik etdiyini, onu tanımadıqları ilə bağlı etirazını bildirib. Rövşən Əkbərov Elçin Əliyev və Məzahir Şıxalıyevlə mübahisə edib. Bu zaman kafenin rəhbərliyi onları oradan çıxarıb. Tərəflər mübahisələrini çöldə davam etdiriblər. Rövşən Əkbərov Məzahir Şıxalıyevə yumruqla zərbələr vurub. Daha sonra avtomobilinə yaxınlaşaraq bıçaq götürüb. Bıçaqla Elçin Əliyevə xəsatət yetirib. Xəsarət nəticəsində Elçin Əliyev hadisə yerində ölüb. Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilib.

Xəbər lenti