Xəzər Xəbər

Hərbi hissədə hərbi təlim toplanışı keçiriləcək

Gündəm | 15:51 • 24 Oktyabr 2021
Hərbi hissədə hərbi təlim toplanışı keçiriləcək

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün hazırlıq planına əsasən, oktyabrın 25-dən N saylı hərbi hissədə hərbi təlim toplanışı keçiriləcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, ehtiyatda olan bir qrup hərbi vəzifəlinin cəlb olunacağı təlim toplanışında əsas məqsəd onların döyüş hazırlığının səviyyəsini, bilik və bacarıqlarını artırmaqdır.
Təlimdə hərbi vəzifəlilər əvvəllər qazandıqları döyüş vərdişlərini, hərbi ixtisaslarını və təcrübələrini təkmilləşdirməklə yanaşı, ordumuzun balansındakı müasir silahlar, hərbi texnika nümunələri ilə yaxından tanış olmaq, onların istismar qaydalarını öyrənmək imkanı əldə edəcəklər.
Təlim toplanışı noyabrın 6-dək davam edəcək.

Xəbər lenti