Xəzər Xəbər

Səhhəti pisləşdiyi deyilən Artur Rasi-zadə DANIŞDI

Gündəm | 15:55 • 23 Oktyabr 2021
Səhhəti pisləşdiyi deyilən Artur Rasi-zadə DANIŞDI

Azərbaycanın sabiq baş naziri Artur Rasi-zadə səhhəti ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. 

86 yaşlı A.Rasi-zadə bildirib ki, hazırda sağlıq durumu çox yaxşıdır və narahat olmağa heç bir əsas yoxdur:

“Kefim də yaxşıdır, səhhətim də... Hətta lap əlayam”.

Artur Rasi-zadə deyib ki, doğrudan da bugünlərdə xaricdə - Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində olub. Artıq Bakıya dönüb və hazırda evində dincəlir. O, Dubaya nəvələri ilə bir həftəliyə gedibmiş./modern.az

Xəbər lenti