Xəzər Xəbər

Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib

Gündəm | 18:52 • 19 Oktyabr 2021
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib.

Xezerxeber.az-ın məlumatına görə, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

“Baykar” şirkətinin İdarə Heyətinin sədri Özdemir Bayraktarın vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, ailənizin üzvlərinə və yaxınlarınıza səbir diləyir, dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!".

Xəbər lenti